Sıfırdan HTML öyrənmə video dərsləri.
HTML proqramlaşdırma və veb səhifələrin hazırlanmasını öyrənmək istəyənlər üçün hazırladığımız video dərslərdə HTML-in əsasları sadə və praktik şəkildə izah olunur. Dərslər veb proqramlaşdırmaya yeni başlayanlar üçün nəzərdə tutulub və mövzular addım-addım təqdim edilir.
Videolarda HTML sənədinin quruluşu, mətnlər, başlıqlar, linklər, şəkillər, siyahılar, cədvəllər, formalar və digər əsas HTML elementləri izah edilir. Praktiki nümunələr vasitəsilə öyrəndiyiniz mövzuları özünüz tətbiq edə bilərsiniz.
HTML videolarını izləyərək veb proqramlaşdırmanın əsaslarını öyrənə və gələcəkdə CSS, JavaScript, Bootstrap, React və digər texnologiyalara keçid üçün möhkəm baza formalaşdıra bilərsiniz.